Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin Manisa vilayətində İŞİD terror təşkilatının 17 döyüşçüsü saxlanılıb.
Trend-in "Kanal7" telekanalına istinadən verdiyi məlumata əsasən, həbs edilənlərin hamısı ölkə ərazisində terrorizm təbliğatında təqsirli bilinir.
Saxlanılanların hamısı Türkiyə vətəndaşıdır.