Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ölkədə təkrar terror aktlarının baş vermə imkanları barədə xəbərdarlıq edib. Trend-in məlumatına görə, bu barədə "Milliyyət" qəzeti MİT-ə istinadən xəbər yayıb.
MİT-in məlumatına əsasən, daha 20 kamikadze ölkənin müxtəlif şəhərlərində terror aktları törətməyə hazırlaşır.
Qeyd edək ki, oktyabrın 10-da Ankarada baş vermiş terror aktı zamanı 95 nəfər ölüb, 240-dan çox şəxs isə yaralanıb.