İranda Asiya çempionu güllələnib

Dünya xəbərləri Materials 8 Dekabr 2015 10:37 (UTC +04:00)

Bakı. Təmkin Cəfərov - Trend:

İranın Kirmanşah şəhərinin Səhnə şəhərində sərbəst güləş üzrə milli komandanın üzvü və Asiya çempionu olmuş Firidun Qənbəri güllələnib. Trend-in məlumatına görə, bu barədə İranın YJC xəbər saytı məlumat verib.

Məlumata əsasən, naməlum şəxslər idmançının avtomobilinə atəş açıblar. F.Qənbəri 7 güllə yarası alıb və xəstəxanaya çatdırılarkən yolda həlak olub.

Asriran saytının məlumatına görə isə, F.Qənbərinin hazırda vəziyyəti ağırdır və həkimlər onun həyatını xilas etməyə çalışırlar.

Hadisənin təfərrüatları açıqlanmır. Faktla bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti