...

Türkiyə sahillərində 9 suriyalı qaçqının meyiti tapılıb

Dünya xəbərləri Materials 30 Yanvar 2016 13:21 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Çanaqqala vilayətinin sahillərində qeyri-qanuni olaraq Yunanıstana keçməyə cəhd edən 9 suriyalı mühacirin meyiti tapılıb.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, onlardan 5-i azyaşlı uşaqdır.

İlkin məlumata əsasən, həmin şəxslər bu gün səhər saatlarında batan, göyərtəsində 53 suriyalı mühacirin olduğu gəminin sərnişinləri olub.

Qeyd edək ki, hazırda Türkiyə ərazisində 2 milyondan çox suriyalı qaçqın var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti