...

Ərdoğan: Hələbdən Türkiyəyə 600 min qaçqın üz tuta bilər

Dünya xəbərləri Materials 11 Fevral 2016 16:09 (UTC +04:00)
Türkiyəyə 600 min yeni suriyalı qaçqın üz tutacaq.
Ərdoğan: Hələbdən Türkiyəyə 600 min qaçqın üz tuta bilər

Bakı. Elçin Hüseynov - Trend:

Suriyanın Hələb şəhərində hərbi əməliyyat davam edərsə, Türkiyəyə 600 min yeni suriyalı qaçqın üz tutacaq. Trend "TRT Haber" telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün biznes dairələrinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlət başçısının sözlərinə görə, BMT qaçqınlara yardım etmək əvəzinə, Türkiyəni onlara qarşı tədbir görməyə çağırır: "Türkiyə artıq 2,5 milyon qaçqını qəbul edib və onlara 10 milyard dollar xərcləyib. BMT-nin köməyi isə 455 milyon dollar təşkil edib".

R.T.Ərdoğanın fikrincə, BMT, həmçinin tədbirlər görməlidir ki, Suriyadakı etnik təmizləmələr dayandırılsın: "Hələbin bombardman edilməsi davam etdirildiyi halda, Türkiyəyə 600 min yeni qaçqın üz tutacaq. Biz səbrlə gözləyirik, amma səbrimiz tükənsə, hərəkətə keçəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti