...

20 mindən çox suriyalı qaçqın Yunanıstana keçib

Dünya xəbərləri Materials 23 Fevral 2016 20:52 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Bu ilin fevral ayında 20 min nəfərdən çox suriyalı qaçqın Yunanıstan ərazisinə keçib. Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Nəşr qeyd edir ki, Türkiyədə qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə yeni struktur yaradılmasa, bu rəqəm artacaq.

Xatırladaq ki, fevralın 2-də Türkiyənin daxili işlər naziri Əfqan Ala DİN-də qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə yeni qurumun yaradılacağını bildirmişdi.

Onun sözlərinə görə, Türkiyədə qeyri-qanuni miqrasiyaya görə cəzaların sərtləşdirilməsi də nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti