...

Rusiya hərbi əmlakını "Hmeymin" bazasından çıxarmağa hazırlaşır

Dünya xəbərləri Materials 15 Mart 2016 11:54 (UTC +04:00)
Suriyanın "Hmeymin" aviabazasının texniki personalı hərbi təyyarələrin Rusiyanın baza aerodromlarına qayıdışına dair hazırlıqları aparır.
Rusiya hərbi əmlakını "Hmeymin" bazasından çıxarmağa hazırlaşır

Bakı. Elçin Hüseynov - Trend:

Suriyanın "Hmeymin" aviabazasının texniki personalı hərbi təyyarələrin Rusiyanın baza aerodromlarına qayıdışına dair hazırlıqları aparır. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bazanın şəxsi heyəti avadanlıqlarının, texnikanın və əmlakın hərbi nəqliyyat vasitələrinə daşınmasını həyata keçirir.

Nəzərə alaraq ki, uçuşlar 5 min kilometrdən də uzaq məsafələrə həyata keçiriləcək, yol boyu yanacaq doldurmaq və texniki nəzarət üçün fasilələr etmək nəzərdə tutulub. Uçuş boyu təyyarələri hərbi-nəqliyyat aviasiyası müşahidə edəcək.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin martın 15-dən ölkənin əsas Hava-Kosmik Qüvvələrinin qruplaşmasının Suriyadan çıxarılmasına əmr edib.

"Hesab edirəm ki, Müdafiə Nazirliyinin qarşısında qoyulan məqsədlər yerinə yetirilib, ona görə də sabahdan bizim hərbi qruplaşmamızın əsas hissəsinin Suriya Ərəb Respublikasından çıxarılmasının başlamasını əmr edirəm", - deyə ölkə başçısı xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə görüşdə bildirib.

V.Putin ümid edir ki, Rusiya qoşunlarının Suriyadan çıxarılması ölkənin siyasi qüvvələrinin danışıqlar prosesi üçün yaxşı stimul olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti