...

Türkiyədə polis bölməsinin qarşısında partlayış olub: ölən və yaralanan var (YENİLƏNİB)

Dünya xəbərləri Materials 25 Mart 2016 02:31 (UTC +04:00)
Türkiyənin Diyərbəkir vilayətində polis bölməsinə silahlı hücum olub
Türkiyədə polis bölməsinin qarşısında partlayış olub: ölən və yaralanan var  (YENİLƏNİB)

Xəbər yenilənib (ilk xəbər saat 00:30-da yayılıb)

Bakı. Trend:

Polis bölməsinin qarşısında avtomobilin partladılması nəticəsində üç polis əməkdaşı həlak olub və 22 nəfər yaralanıb. Bu barədə Trend "Anadolu"ya istinadən xəbər verir.

XXX

Türkiyənin Diyərbəkir vilayətində polis bölməsinə silahlı hücum olub.

Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, polis bölməsinin qarşısında güclü partlayış baş verib, ardınca terrorçular və polislər arasında atışma başlayıb.

Çoxlu sayda yaralı olduğu bildirilir. Hadisə yerinə əlavə qüvvələr cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti