...

Aİ və Türkiyə qanunsuz miqrantlarla qaçqınları dəyişdirir

Dünya xəbərləri Materials 1 Aprel 2016 18:31 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) və Türkiyə aprelin 4-dən qeyri-qanuni miqrant və qaçqınların "birə-bir" dəyişdirilməsi sxemini işə salacaqlar.
Aİ və Türkiyə qanunsuz miqrantlarla qaçqınları dəyişdirir

Bakı. Elçin Hüseynov - Trend:

Avropa İttifaqı (Aİ) və Türkiyə aprelin 4-dən qeyri-qanuni miqrant və qaçqınların "birə-bir" dəyişdirilməsi sxemini işə salacaqlar. Razılaşmaya əsasən, Türkiyə ərazisindən Avropaya qeyri-qanuni yolla gələn miqrantlar suriyalı qaçqınlarla əvəz olunacaqlar. Bu barədə Trend TASS-a istinadən xəbər verir.

Aİ liderləri hesab edirlər ki, belə sxem miqrantların Aralıq dənizi vasitəsilə qeyri-qanuni yolla və təhlükəli şəraitdə daşınması "biznes"ini əngəlləyə biləcək. Onların fikrincə, bu sxemlə Türkiyə ərazisində qanuni yolla sığınacaq almaq üçün ərizə ilə müraciət edəcəyi halda miqrantların qeyri-qanuni yolla Avropaya can atmaq həvəsi azalacaq. Beləliklə də Türkiyədən başlayan, Aralıq dənizi və Yunanıstandan davam edən Aİ ölkələrinə qanunsuz miqrant axını azala bilər.

Hüquq müdafiəçiləri bu razılaşmanı pisləyir və hesab edirlər ki, bununla Avropadan kütləvi və səbəbsiz deportasiyaların sayı artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti