...

Minsk Aİ ilə münasibətləri Rusiya ilə əlaqələ zərər vurmadan inkişaf etdirəcək

Dünya xəbərləri Materials 8 Aprel 2016 20:15 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

Moskva Minsk üçün əsas strateji partnyor olaraq qalacaq, Avropa İttifaqı (Aİ) ilə münasibətlər isə Rusiya ilə əlaqələrə zərər vurulmadan inkişaf etdiriləcək. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Vladimir Makey bəyan edib.

O deyib ki, Moskva Minskin ən mühüm strateji partnyotu olaraq qalır: "Amma bu o demək deyil ki, biz digər dövlətlərlə münasibətlərimizi inkişaf etdirməməliyik. Məsələn, Aİ bizim ikinci ticarət-iqtisadi partnyorumuzdur. Münasibətlərimizi Rusiya ilə əlaqələrə zərər vurmadan inkişaf etdirəcəyik".

V.Makey bildirib ki, Moskva hər zaman Minskə arxalana bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti