Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin cənub-şərqində Mardin vilayətində polis məntəqəsinə silahlı hücum olub. Trend-in məlumatına görə, bu barədə "Milliyet" qəzeti yazıb.
Məlumata görə, hücum nəticəsində 1 nəfər polis əməkdaşı həlak olub, 10 əməkdaş yaralanıb.
Qəzetin verdiyi məlumata görə, ilkin olaraq silahlı hücumun arxasında PKK terror təşkilatının durduğu ehtimal edilir.