Bakı. Trend:
Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları Moskva ətrafı Balaşix ərazisində insan oğurluğu, quldurluq və digər cinayətlərdə şübhəli bilinən etnik qrupun 49 üzvünü saxlayıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu DİN-in rəsmi nümayəndəsi İrina Volk deyib.
Saxlanılanlar 24-67 yaş arasındadır. Onlardan birində Makarov tapançası aşkar edlib. Saxlanılan 6 nəfər yaxın vaxtlarda ekstradisiya ediləcək.