Bakı. Orxan Quluzadə - Trend:
Suriyalı qaçqınlardan ibarət ilk qrup vətənlərinə qayıdıb.
Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, 250 nəfərdən ibarət qrup İŞİD-dən təmizlənmiş Cerablus şəhərinə istiqamət alıb.
Qeyd edək ki, hazırda Türkiyədə 3 milyon suriyalı qaçqın var.