Bakı. Trend:
Çeçenistan başçısının səlahiyyətlərini icra edən Ramzan Kadırov respublika rəhbərliyinə keçirilən birbaşa seçkilərdə liderlik edir.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu respublika seçki komissiyasının sədri Umar Bayxanov deyib.
Onun sözlərinə görə, R.Kadırov hazırki nəticələrə əsasən seçicilərin 97,56 faiz səsini toplayıb.