...

Qaçqınları aparan gəmi batdı: 90-dan çox ölü

Dünya xəbərləri Materials 27 Oktyabr 2016 16:49 (UTC +04:00)
Liviya sahillərində qaçqınları aparan kiçik gəmi batıb.
Qaçqınları aparan gəmi batdı: 90-dan çox ölü

Bakı. Trend:

Liviya sahillərində qaçqınları aparan kiçik gəmi batıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 90-dan çox miqrant ölüb.

Liviya sahil təhlükəsizliyi xidmətinin rəsmisi Eyyub Kasem cəmi 29 nəfəri xilas etdiklərini bildirib.

Qeyd edək ki, ötən gün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) mətbuat katibi Uilyam Spindler bu il Aralıq dənizi vasitəsilə Avropaya yetişmək istəyən qaçqınlardan 3800 nəfərin həyatını itirdiyini bildirib. Ötən il bu rəqəm 3771 nəfər idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti