Bakı. Trend:
Pakistanın Kəraçi şəhərində mehmanxanada baş vermiş yanğın nəticəsində 12 nəfər həlak olub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 110 nəfər müxtəlif xəsarətlər alıb.
30 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Yanğın "Regent Plaza" otelində baş verib. Yanğın birinci mərtəbə yerləşən mətbəxda başlayıb və qısa müddətdə yeddinci mərtəbəyədək qalxıb.