Bakı. Trend:
Rusiya hakimiyyətinin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın komandası ilə əlaqəsi yoxdur.
Trend-in məlumatına görə, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
Dekabrın 8-də məlumat verilmişdi ki, Kremlin nümayəndələri D.Trampın Moskvaya gələn müşaviri Karter Peyclə görüşə hazırlaşmır.
D.Peskov isə bildirmişdi ki, rəsmi Moskva gələn il yanvarın sonunadək Ağ Evin hazırkı administrasiyası ilə işləyəcək.