...

"Avropol" Avropa ölkələrində terror aktları xəbərdarlığını göndəribmiş

Dünya xəbərləri Materials 22 Dekabr 2016 12:38 (UTC +04:00)
Avropa İttifaqının polis xidməti “Avropol” Milad və Yeni il bayramları ərəfəsində Fransada, Almaniyada, Belçikada və digər Avropa ölkələrində terror aktlarının mümkünlüyü barədə xəbərdarlıqlar göndəribmiş
"Avropol" Avropa ölkələrində terror aktları xəbərdarlığını göndəribmiş

Bakı. Trend:

Avropa İttifaqının polis xidməti “Avropol” Milad və Yeni il bayramları ərəfəsində Fransada, Almaniyada, Belçikada və digər Avropa ölkələrində terror aktlarının mümkünlüyü barədə xəbərdarlıqlar göndəribmiş.

Bu barədə Trend RİA Novostiyə istinadən məlumat verir.

Bu xəbərdarlıqlar dekabrın əvvəllərində, Berlin hücumundan bir neçə həftə əvvəl göndərilmişdi.

"Avropol" Avropa ölkələrinin polis xidmətlərinin işini əlaqələndirir.

Qeyd edək ki, bir neçə gün əvvəl Berlində yük maşını yüksək sürətlə insanların arasına daxil olmuşdu. Hadisə nəticəsində 12 nəfər həlak olub, 50-yə yaxın adam yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti