...

Britaniya Aİ vətəndaşlarına vətəndaşlıq verməkdən imtina edir

Dünya xəbərləri Materials 28 Dekabr 2016 23:30 (UTC +04:00)
Böyük Britaniya höküməti Brexit referendumunnan sonra Avropa İttifaqının vətəndaşlarına vətəndaşlıq verməkdən imtina edir
Britaniya Aİ vətəndaşlarına vətəndaşlıq verməkdən imtina edir

Bakı. Trend:

Böyük Britaniya höküməti "Brexit" referendumunnan sonra Avropa İttifaqının vətəndaşlarına vətəndaşlıq verməkdən imtina edir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ictimai əks-səda doğurmuş hadisələrdən biri Britaniyada 24 il yaşayan Britaniyalıyla evli olan və 2 uşağı olan Hollandiya vətəndaşına vətəndaşlıq verilməməsi olub.

Britaniyanın DİN-i qadının vətəndaşlıq almaq haqqında sorğusuna cavab olaraq ölkəni tərk etməyi tövsiyə edib.

Qeyd edək ki, bu ilin iyun ayında Britaniya sakinlərinin 52 faizi ölkənin Aİ-nin tərkibindən çıxmasına səs vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti