...

Portuqaliyanın keçmiş prezidenti Mariu Suariş vəfat edib

Dünya xəbərləri Materials 7 Yanvar 2017 23:15 (UTC +04:00)
Portuqaliyanın keçmiş prezidenti və baş naziri Mariu Suariş 92 yaşında vəfat edib
Portuqaliyanın keçmiş prezidenti Mariu Suariş vəfat edib

Bakı. Trend:

Portuqaliyanın keçmiş prezidenti və baş naziri Mariu Suariş 92 yaşında vəfat edib.

Trend-in "BBC"yə istinadən verdiyi məlumata görə, Suariş Portuqaliyanın Sosialist partiyasının qurucusu və ölkənin ən nüfuzlu siyasətçilərindən biri olub. Onu müasir demokratik Portuqaliyanın atası adlandırırdılar.

Qeyd edək ki, Mariu Suariş müxtəlif illərdə xarici işlər naziri, baş nazir, prezident və Avropa Parlamentinin deputatı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti