Bakı. Trend:
Türkiyənin Kocaeli vilayətində metallurgiya zavodundakı dəmir əritmə sobasında partlayış olub.
Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində zavodun 1 işçisi ölüb, 15-i xəsarət alıb.
Hadisə yerinə xilasedicilər və təcili yardım briqadaları göndərilib.
Yaralıların vəziyyətinin orta olduğu bildirilir.