Bakı. Trend:
Meksikanın kriminal Qerrero ştatında, Moçitlan və Laqunilyas şəhərləri arasındakı yolda 6 nəfərin cəsədi tapılıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, cəsədlərin üzərində odlu silah yaralarının izləri var.
Hadisə yerində polis ekspertləri araşdırma aparırlar.