ABŞ-da zavodda partlayış: 3 ölü

Dünya xəbərləri Xəbər 9 Fevral 2017 00:08 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Luiziana ştatının Boreqard şəhərində zavodda partlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 3 nəfər həlak olub.

Xəbərdə deyilir ki, partlayış "Packaging Corporation of America" şirkətinin qablaşdırma materiallarının istehsalı ilə məşğul olan zavodda baş verib.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti