...

Prezident məsləhətçisi İvanka Trampın xoşuna gəlmək istədi, amma...

Dünya xəbərləri Materials 11 Fevral 2017 03:11 (UTC +04:00)
ABŞ Konqresinin Etika üzrə komitəsinin başçısı Ceyson Çeyfets ABŞ prezidentinin məsləhətçisi Kellien Konueyin FOX News telekanalında İvanka Trampın yeni kolleksiyasından olan malları almaqla bağlı çağırışlarını qınayıb.
Prezident məsləhətçisi İvanka Trampın xoşuna gəlmək istədi, amma...

Bakı. Anaxanım Hidayətova - Trend:

ABŞ Konqresinin Etika üzrə komitəsinin başçısı Ceyson Çeyfets prezidentin məsləhətçisi Kellien Konueyin "FOX News" telekanalında İvanka Trampın yeni kolleksiyasından olan malları almaqla bağlı çağırışlarını qınayıb.

Trend BBC-yə istinadən xəbər verir ki, C.Çeyfets prezident məsləhətçisinin bu çağırışlarının bütün etik çərçivələri aşdığını bildirib:

"Ağ Ev əməkdaşları hər hansı məhsulu, xidməti və yaxud şirkəti reklam edə bilməz".

Qeyd edək ki, ABŞ-ın iri mağazalar şəbəkəsindən olan "Nordstrom" mağazaları ölkə prezidenti Donald Trampın qızı İ.Trampın brendi ilə istehsal olunan paltar, ayaqqabı və aksesuarların satışından imtina edib. Prezident D.Tramp isə "Nordstrom" mağazalarının bu hərəkətinə əsəbiləşib. O, öz "Twitter" hesabında sözügedən mağaza şəbəkələrinin İ.Tramp ilə doğru davranmadığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti