...

Jurnalistlər canlı efirdə güllələndi (VİDEO)

Dünya xəbərləri Materials 15 Fevral 2017 18:45 (UTC +04:00)
Yerli radiostansiyanın canlı efiri zamanı jurnalistlər güllələnib.
Jurnalistlər canlı efirdə güllələndi (VİDEO)

Bakı. Trend:

Dominikanda yerli radiostansiyanın canlı efiri zamanı jurnalistlər güllələnib.

Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, bir qrup şəxs studiyaya daxil olub və əməkdaşlara atəş açmağa başlayıb.

Güllə səsləri onlayn yayıma da eşidilə biləcək səviyyədə düşüb.

Silahlı hücum zamanı aparıcı Luis Manuel Medina və prodüser Leo Martines ölüb, bir jurnalist isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Hadisəni törədən 3 şəxs saxlanılıb.

Xəbər lenti

Xəbər lenti