Bakı. Trend:
2015-ci ilin noyabrındakı terror aktlarından sonra Fransanın paytaxtı Parisə turist axını 2016-cı ildə 1,5 milyon nəfər azalıb.
Trend-in Fransanın Turizm üzrə Regional Komitəsinə istinadən verdiyi məlumata görə, turist sayı Yaponiyadan 41,2 faiz, Rusiyadan 27,6 faiz, Çindən isə 21,5 faiz azalıb. Fransanın əsas ziyarətçiləri olan ABŞ səyahətçilərinin sayında isə 4,9 faiz azalma qeydə alınıb.
Ümumilikdə Parisdə turizm sahəsinə dəyən zərər 1,3 milyard avro qiymətləndirilir.
Xatırladaq ki, 2015-ci il noyabrın 13-də Parisdə və Sen-Denidə 130 nəfərin ölümü, 350 nəfərin yaralanması ilə nəticələnən silsilə terror aktları törədilmişdi.