...

Türkiyədə yol qəzası: 7 ölü, 35 yaralı (VİDEO)

Dünya xəbərləri Materials 7 Mart 2017 14:05 (UTC +04:00)
Türkiyədə ağır yol qəzası baş verib.
Türkiyədə yol qəzası: 7 ölü, 35 yaralı (VİDEO)

Bakı. Trend:

Türkiyədə ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, Bursa-Ankara avtomobil yolunda sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 7 nəfər ölüb, 35 nəfər xəsarət alıb.

Sərnişinlər Türk Metal Həmkarlar İttifaqı tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunacaq tədbirdə iştirak etmək üçün Ankaraya gedirmişlər. Onların əksəriyyəti Həmkarlar İttifaqının Bursa şöbəsinin qadın üzvləridir.

Əraziyə çox sayda təcili tibbi yardım, xilasetmə briqadaları cəlb olunub.

VİDEO - Hürriyyət

Məqalədə:
Xəbər lenti

Xəbər lenti