Bakı. Trend:
Türkiyənin energetika naziri Berat Albayrak Rusiyanın energetika naziri Aleksandr Novak ilə görüşmək üçün martın 10-u Moskvaya gələcək.
Trend-in məlumatına görə, bunu o Xyustonda "CERAWEEK" neft konfransının kuluarlarında jurnalistlərə bildirib.
Aleksandr Novak isə jurnalistlərə bildirib ki, o, türkiyəli həmkarı ilə çox məsələləri müzakirə etmək niyyətindədir, o cümlədən "Türk axını"nın və "Akkuyu" AES-in tikintisini.