...

Türkiyə Niderlanda iki nota təqdim edib

Dünya xəbərləri Materials 13 Mart 2017 14:11 (UTC +04:00)
Türkiyə nazirlərinin Niderlanda buraxılmaması ilə bağlı yaranan insidentə görə bu ölkəyə iki nota təqdim edib
Türkiyə Niderlanda iki nota təqdim edib

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə nazirlərinin Niderlanda buraxılmaması ilə bağlı yaranan insidentə görə, bu ölkəyə iki nota təqdim edib.

Trend-in məlumatına görə, birinci notada qeyd olunub ki, Niderlandın bu addımı Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır.

Notada rəsmi Amsterdamın Ankaradan üzr istəməsi tələb olunur.

İkinci notada isə Rotterdamda polisin etirazçılara qarşı sərt davranışının qəbulolunmaz olduğu vurğulanır.

Qeyd edək ki, martın 11-də Niderland Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv edib. M.Çavuşoğlu Niderlandda Türkiyə konstitusiyasına düzəlişlərə dəstək mitinqlərində iştirak etmək üçün Rotterdama getməyi palnlaşdırırdı.

Bundan sonra Türkiyənin ailə və sosial siyasət işləri üzrə naziri Fatma Betül Sayan Kayanın avtomobili Hollandiya polisi tərəfindən saxlanılıb. Nazirə Rotterdam şəhərində bu ölkənin türk icması ilə görüşdə iştirak etmək üçün ölkəyə gəlişinə icazə verməyib.

Rəsmi Ankara Niderland hökümətindən Türkiyədən rəsmi olaraq üzr istəməsini tələb edib. Niderland hökuməti isə Türkiyədən üzr istəməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti