Bakı. Trend:
Ekvadorda 15 nəfər aramsız yağan leysan yağışların qurbanı olub.
Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ekvador Prezidenti Rafael Korrea məlumat verib.
Onun sözlərinə görə, güclü yağışlar nəticəsində 6 min ailəyə ziyan dəyib, 123 ev dağılıb.
Təbii fəlakətin təsirinə ən çox Manabi, Quayas, Napo, El-Oro və Los-Rios bölgələri məruz qalıb.