...

Trampın uşaqlıqda yaşadığı ev ikiqat baha satılıb

Dünya xəbərləri Materials 29 Mart 2017 01:54 (UTC +04:00)
ABŞ Prezidenti Donald Trampın uşaqlıq illərini keçirdiyi ev, real dəyərindən ikiqat baha qiymətə satılıb.
Trampın uşaqlıqda yaşadığı ev ikiqat baha satılıb

Bakı. Anaxanım Hidayətova - Trend:

ABŞ Prezidenti Donald Trampın uşaqlıq illərini keçirdiyi ev, real dəyərindən ikiqat baha qiymətə satılıb.

Trend bu barədə “The Monitor Daily” nəşrinə istinadən xəbər verir.

Qeyd edək ki, Donald Tramp Nyu Yorkun əsasən yüksək təbəqəyə məxsus şəxslərin yaşadığı Kuinz (Queens) məhəlləsində böyüyüb. Ev onun atası Frederik Krist Tramp tərəfindən, 1940-cı illərdə tikilib. Hazırki prezident 4 yaşına qədər həmin evdə yaşayıb və Donald Trampın doğum haqda şahadətnaməsində də bu evin ünvanı qeyd olunub.

Əmlak ilk dəfə dekabrda 1,39 milyon dollara Maykl Devis adlı şəxsə satılıb. Devis isə evi ikinci dəfə satışa çıxarıb, bu dəfə adı gizli saxlanılan alıcı evi 2,14 millyon dollara alıb. Beləliklə qısa müddətdə Maykl Devis evdən ikiqat gəlir əldə edib. “The Monitor Daily” bildirir ki, sözügedən daşınmaz əmlak ABŞ-ın 45-ci prezidentinin uşaqlıq evi olduğuna görə tarixin bir hissəsi hesab olunur. Əslində isə, həmin ərazidə oxşar mülkü, bir milyon dollardan da ucuz almaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti