...

Avropa İttifaqı dağılır? - Britaniyanın ardınca Fransa sürprizi

Dünya xəbərləri Materials 5 Aprel 2017 08:48 (UTC +04:00)
Fransada prezidentliyə namizəd Jan Lyuk Melanşon hesab edir ki, ölkənin gələcəyi Avropa İttifaqı çərçivəsindən kənarda olmalıdır.
Avropa İttifaqı dağılır? - Britaniyanın ardınca Fransa sürprizi

Bakı. Trend:

Fransada prezidentliyə namizəd Jan Lyuk Melanşon hesab edir ki, ölkənin gələcəyi Avropa İttifaqı çərçivəsindən kənarda olmalıdır. Trend-in məlumatına görə, o, bu fikri bütün 11 prezidentliyə namizədin iştirakı ilə keçirilən teledebat zamanı səsləndirib.

Melanşon deyib: "Hesab edirəm ki, Fransa Avropa İttifaqının bütün əsas razılaşmalarından imtina etməlidir. Brüsseldən biz kapitalistlərə ölkədə hansı iqtisadi və sosial islahatlar keçirilməsinin diktə edilməsi yolverilməzdir".

Xəbər lenti

Xəbər lenti