...

Peterburqdakı terror aktından sonra 55 nəfər hələ də xəstəxanalarda müalicə alır

Dünya xəbərləri Materials 5 Aprel 2017 23:02 (UTC +04:00)
Peterburqdakı terror aktından sonra 55 nəfər hələ də xəstəxanalarda müalicə alır
Peterburqdakı terror aktından sonra 55 nəfər hələ də xəstəxanalarda müalicə alır

Bakı. Trend:

Peterburqdakı terror aktından sonra 55 nəfər hələ də xəstəxanalarda müalicə alır.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Səhiyyə Nazirliyinin ictimai sağlamlıq və kommunikasiyalar Departamentinin direktoru Oleq Salaqay deyib.

“Hazırda Sankt-Peterburqun tibb müəssisələrində terror aktı zamanı xəsarət almış 55 nəfər hələ də müalicə alır. Onlardan 3-ün vəziyyəti çox ağır, 6-nın vəziyyəti isə ağır kimi qiymətləndirilir”, - O. Salaqay deyib.

Qeyd edək ki, aprelin 3-ü Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində 14 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti