Bakı. Orxan Quluzadə - Trend:
Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda ötən gün baş vermiş partlayış terror aktı idi.
Trend-in məlumatına görə, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu deyib.
Nazir qeyd edib ki, əldəqayırma partlayıcı qurğu terrorçular tərəfindən qazılmış tunelin köməyi ilə zirehli nəqliyyatın altında quraşdırılıb.
İnsidentlə əlaqədar 5 şübhəli saxlanılıb.Xatırladaq ki, hadisə nəticəsində 3 nəfər ölüb, 31 nəfər xəsarət alıb.