Bakı. Trend:
İstanbulun Taksim meydanı mayın 1-də bağlanacaq.
Trend-in məlumatına görə, Türkiyənin daxili işlər naziri Süleyman Soylu və Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının sədri Kani Beko arasında keçirilən görüşdən sonra 1 May - Beynəlxalq Əmək Günündə Taksimdən istifadəyə icazə verilməyəcəyi elan edilib.
Hazırda İstanbul valisi Vasip Şahinin məsələ ilə bağlı açıqlaması gözlənilir.