...

Çində avtobus yük maşını ilə toqquşub: 12 ölü

Dünya xəbərləri Materials 16 May 2017 08:34 (UTC +04:00)
Çinin şərqində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 12 nəfər olüb
Çində avtobus yük maşını ilə toqquşub: 12 ölü

Bakı. Trend:

Çinin şərqində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 12 nəfər olüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Sinxua agentliyi xəbər verir.

Hadisə mayın 15-i axşam Tzansi əyalətində İntan şəhərində sürətli yolda baş verib.

İnsident nəticəsində avtobusun sürücüsü də daxil olmaqla ümumilikdə 30 nəfər xəsarət alıb.

Polis yük maşınının sürücüsünü saxlayıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti