...

XİN: Türkiyə Liviyada vəziyyətin gərginləşməsindən narahatdır

Dünya xəbərləri Materials 28 May 2017 18:10 (UTC +04:00)
Türkiyə Liviyada vəziyyətin gərginləşməsindən narahatdır və bu ölkənin bütün ərazisində silahlı toqquşmaları dayandırmağa çağırır
XİN: Türkiyə Liviyada vəziyyətin gərginləşməsindən narahatdır

Bakı. Trend:

Türkiyə Liviyada vəziyyətin gərginləşməsindən narahatdır və bu ölkənin bütün ərazisində silahlı toqquşmaları dayandırmağa çağırır.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə XİN-nin yaydığı bəyanatda deyilir.

"26 may tarixində Tripoli rayonunda baş verən toqquşmalar ciddi narahatlıq doğurur. Fikir ayrılığının aradan qaldırılmasının yeganə yolu danışıqlardır. Tərəfləri Liviyanın təhlükəsizlik və sabitliyini pozan addımlardan çəkinməyə çağırırıq", - bəyanatda deyilir.

Qeyd edək ki, Tripoli rayonunda son toqquşmalarda 25 nəfər həlak olub, 50-yə yaxın insan yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti