...

Səudiyyə Ərəbistanı Qətər vətəndaşlarına: 14 gün ərzində krallığı tərk edin

Dünya xəbərləri Materials 5 İyun 2017 09:39 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Krallığı bütün Qətər vətəndaşlarının təcili olaraq ölkəni tərk etmələri barədə bəyanat verib.
Səudiyyə Ərəbistanı Qətər vətəndaşlarına: 14 gün ərzində krallığı tərk edin

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Krallığı bütün Qətər vətəndaşlarının təcili olaraq ölkəni tərk etmələri barədə bəyanat verib. Trend-in məlumatına görə, bu məcburi ölkəni tərk etmə yalnız müqəddəs ziyarətə gələn qətərli zəvvarlara aid edilmir.

Bəyanatda zəvvarlar istisna olmaqla, bütün Qətər vətəndaşlarının 14 gün ərzində krallığı tərk etmələri tələb olunur.

Qeyd edək ki, eləcə də Qətər diplomatlarına da krallıq ərazisini tərk etmək üçün vaxt verilib.

Xatırladaq ki, bu addım yalnız Səudiyyə Ərəbistanı Krallığı tərəfindən atılmayıb. Belə ki, Krallıqla yanaşı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri də Qətərlə diplomatik münasibətlərin qırılması barədə qərar qəbul ediblər. Qeyd edək ki, bu dörd ərəb ölkəsi Qətəri terrorizmə dəstəkdə ittiham edir.

Xəbər lenti

Xəbər lenti