...

Əlcəzairdə helikopter qəzaya uğrayıb - İki jandarm həlak olub

Dünya xəbərləri Materials 14 İyun 2017 16:53 (UTC +04:00)

Bakı. Trend:

Əlcəzairin cənub-qərbində helikopterin qəzaya uğraması nəticəsində Milli Jandarmeriyanın iki yüksəkrütbəli əməkdaşı həlak olub. Trend-in məlumatına görə, daha bir nəfər ağır xəsarətlər alıb.

Helikopterin təlim uçuşu həyata keçirərkən qəzaya uğradığı bildirilib.

Qəzanın baş vermə səbəbləri məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti