...

Ərdoğan Fransa prezidenti ilə Qətəri müzakirə edib

Dünya xəbərləri Materials 17 İyun 2017 00:31 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla Qətərin ətrafında yaranmış vəziyyəti müzakirə edib.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti həmçinin Qətərin əmiri ilə telefon danışığı aparıb və regional məsələləri müzakirə edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra digər ölkələr bu Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti