...

Ukrayna DİN: Kiyevdəki partlayış terror hadisəsidir (YENİLƏNİB 2)

Dünya xəbərləri Materials 27 İyun 2017 11:56
Ukraynanın paytaxtında partlayış baş verib.
Ukrayna DİN: Kiyevdəki partlayış terror hadisəsidir (YENİLƏNİB 2)

Trend-i buradan izləyin

İlk xəbər saat 10:27-də yayımlanıb

Bakı. Trend:

Ukrayna Daxili İşlər Nazirliyi Kiyevdə avtomobildə sürücünün ölümü ilə nəticələnmiş partlayışı terror hadisəsi kimi qiymətləndirib. Trend-in məlumatına görə, Ukrayna DİN yaydığı xəbərdə ölənin 1978-ci il təvəllüdlü hərbçi zabit olduğunu və partlayışın avtomobildəki partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyini açıqlayıb.

X X X

Saat 11:11

Kiyevdə partlayış baş vermiş avtomobildə xəsarət alan sürücü ölüb. Trend-in məlumatına görə, bu barədə Kiyev Milli Polis İdarəsinin mətbuat xidməti xəbər verib.

X X X

Ukraynanın paytaxtında partlayış baş verib. Trend-in məlumatına görə, partlayış barədə xəbəri Kiyev Polis İdarəsinin mətbuat xidməti Oksana Blişik təsdiqləyib.

Məlumata görə, partlayış avtomobildə baş verib. Partlayış nəticəsində 1 nəfər xəsarət alıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Xidmətinin əməkdaşları cəlb olunub.

Partlayışın səbəbləri məlum deyil, araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti