...

Qvatemalada məhbuslar qiyam etdi - Valideynlər çağırıldı

Dünya xəbərləri Materials 4 İyul 2017 15:36 (UTC +04:00)
Qvatemalada yetkinlik yaşına çatmayan məhbusların həbsxanasında qiyam baş verib.
Qvatemalada məhbuslar qiyam etdi - Valideynlər çağırıldı

Bakı. Trend:

Qvatemalada yetkinlik yaşına çatmayan məhbusların həbsxanasında qiyam baş verib.

Trend-in məlumatına görə, qiyam iştirakçıları həbsxanada saxlanma şərtlərinin yaxşılaşdırılmasını tələb ediblər.

Qeyd olunur ki, həbsxanada gərginlik iki məhbusun naməlum səbəblərdən ölümündən sonra başlayıb.

Yeniyetmələrin nəzarət altına alınması üçün həbsxana rəhbərliyi onların valideynlərini dəvət edib.

Bir qədər vaxt keçdikdən sonra təhlükəsizlik qüvvələri həbsxanaya daxil olaraq qiyamçıları saxlayıb. Ümumilikdə 81 nəfər məhkəməyə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti