Bakı. Trend:
Almaniyanın Hamburq şəhərində "Porsche" avtosalonunu yandırıblar.
Trend-in məlumatına görə, hadisə nəticəsində 8 avtomobil yanıb.
Polis yanğının qəsdən törədildiyini bildirir. Təqsirkar axtarılır.
Yanğının "Böyük iyirmilik" (G20) ölkələrinin sammiti ilə əlaqədar solçu radikallar tərəfindən törədildiyi ehtimal olunur.
Xatırladaq ki, iyulun 7-8-də Hamburqda G20 sammiti keçiriləcək.