...

Hamburqda nümayişçilər polis məntəqəsinə hücum ediblər

Dünya xəbərləri Materials 7 İyul 2017 10:52 (UTC +04:00)
Almaniyanın Hamburq şəhərində antiqlobalistlər federal polis məntəqəsinə hücum ediblər.
Hamburqda nümayişçilər polis məntəqəsinə hücum ediblər

Bakı. Trend:

Almaniyanın Hamburq şəhərində antiqlobalistlər federal polis məntəqəsinə hücum ediblər.

Trend-in məlumatına görə, hücuma Altona rayonundakı polis ofisi məruz qalıb.

Bundan başqa, bu rayonda nümayişçilər bir neçə avtomobili yandırıblar.

Qeyd edək ki, bu gün Hamburqda "Böyük iyirmilik" (G20) ölkələrinin sammiti açılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti