Bakı. Trend:
İordaniya-Suriya sərhədində suriyalı qaçqınların məskunlaşdığı Rakban düşərgəsində partlayış baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində bir ailədən 2-si uşaq olmaqla 3 nəfər həlak olub, eləcə də 2-si azyaşlı olmaqla 3 nəfər yaralanıb.
Həmin ailənin yaşadığı çadırda partlayışın hansı səbəbdən baş verdiyi hələ məlum deyil.
Qeyd edək ki, Rakban düşərgəsində hazırda 85 min suriyalı qaçqın yaşayır.