Bakı. Trend:
Sara Sanders Ağ Evin yeni mətbuat katibi olacaq.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Ağ Evin kommunikasiya üzrə yeni təyin olunmuş direktoru Entoni Skaramuççi bildirib.
Skaramuççi jurnalistlərə bildirib: "Sara mətbuat katibi olacaq".
Daha öncə, Şon Spayserin istefası haqda məlumat verilib. Onun Skaramuççinin təyin olunması ilə razı olmadığına görə istefa verdiyi bildirilir.
Qeyd edək ki, Sanders Spayserin müavini işləyib.