...

Di Kaprio dövlət başçılarını qar bəbirlərini qorumağa çağırır

Dünya xəbərləri Materials 14 Avqust 2017 19:15 (UTC +04:00)
Amerikalı aktyor Leonardo Di Kaprio ekoloqları qar bəbirlərinin populyasiyasının mühafizəsi üzrə səyləri artırmağa çağırıb.
Di Kaprio dövlət başçılarını qar bəbirlərini qorumağa çağırır

Bakı. Trend:

Amerikalı aktyor Leonardo Di Kaprio ekoloqları qar bəbirlərinin populyasiyasının mühafizəsi üzrə səyləri artırmağa, Tacikistan liderini isə bu növün xilası üzrə qətiyyətli addım atmağa çağırıb.

Trend-in məlumatına görə, məşhur aktyor müraciətini 18 milyon izləyicisi olan "İnstaqram"dakı səhifəsində paylaşıb. Di Kaprio qar bəbirlərinin mühafizəsi problemlərinə həsr olunan beynəlxalq forum ərəfəsində 12 ölkənin liderlərinə müraciət xarakterli petisiya imzalamağı təklif edib.

Forum avqustun 23-25-də Bişkekdə keçiriləcək.

Qeyd edək ki, hazırda dünyada, xüsusən də Çin, Qırğızıstan, Monqolustan, Nepal, Tacikistan, Əfqanıstan, Qazaxıstan və Özbəkistanın yüksək dağlıq ərazilərində təqribən 3 min qar bəbiri yaşayır.

Qar bəbiri Tacikistanın "Qırmızı kitab"ına salınıb. Onun sayı son on ildə brakonyerlik səbəbindən kəskin azalıb. Tacikistanda məlum olmasa da, Qırğızıstanda cəmi 250 qar bəbirinin yaşadığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti