...

Ərəb koalisiyası Sanada səhvən otelə endirdiyi hava zərbəsini etiraf edib

Dünya xəbərləri Materials 26 Avqust 2017 22:12 (UTC +04:00)
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Sana şəhərində səhvən otelə endirdiyi hava zərbəsini etiraf edib
Ərəb koalisiyası Sanada səhvən otelə endirdiyi hava zərbəsini etiraf edib

Bakı. Trend:

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Sana şəhərində səhvən otelə endirdiyi hava zərbəsini etiraf edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın nümayəndəsi Turki əl-Malikinin bəyanatında deyilir.

Məlumata əsasən, bu səhvin səbəbi kimi husilərin öz hərbi obyektlərini yaşayış sahələrində yerləşdirməsi göstərilir.

Qeyd edək ki, ərəb koalisiyasının Sana şəhərində otelə endirdiyi hava zərbəsi nəticəsində azı 40 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti