Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra şəhərlərdə ona heykəl ucaldılmasını hallarını tənqid edib.
Trend-in məlumatına görə, şəhər merlərinə səslənən prezident bu addımın mənəvi dəyərlərə uyğun olmadığını deyib.
R.T.Ərdoğan bununla bağlı təəssüfləndiyini bildirib: “Mən şəhər rəhbərlərini mənə heykəl ucaltmağa yox, öz işlərini qüsursuz görməyə çağırıram. Mən heykəl və ya büst istəmirəm. Bir də heç kim belə səhv etməsin”.