...

ABŞ-da 5,7 bal gücündə 2 zəlzələ olub

Dünya xəbərləri Materials 23 Sentyabr 2017 00:39 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatında 5,7 bal gücündə ardıcıl 2 zəlzələ olub
ABŞ-da 5,7 bal gücündə 2 zəlzələ olub

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında 5,7-dək bal gücündə ardıcıl 2 zəlzələ olub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ABŞ Geoloji xidməti xəbər verib.

Birinci zəlzələ UTC vaxtı ilə saat 19:50-də 5,7 bal gücündə qeydə alınıb. Yeraltı təkanların mərkəzi Ferndeyl şəhərindən 204 kilometr qərbdə yerləşib. Ocağı 9,1 kilometr dərinlikdə olub.

Onun ardınca Ferndeyl şəhərindən 58 kilometrliyində 5,6 bal gücündə daha bir zəlzələ olub. Ocağın dərinliyi 4,6 kilometr olub.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti